8 Декабрь 2016Четверг
НОВОСТНАЯ ЛЕНТАЯ


Adınız* :
E-mail* :
Sual* :
Təhlükəsizlik kodunu daxil edin*:


2015-07-13 23:40:49 Zakir :
Xalam 29.10.1959-cu ildə anadan olub, 3 uşağı, 1 il 6 ay stajı var. Yoldaşı 2006-cı ildə 51 yaşında vəfat edib, 16 il əmək stajı var. Xalam pensiyaya çıxa bilərmi? Yoldaşının pensiyasını ala bilərmi?


Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən qadınların bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda, yaxud I və ya II qrup əlil olduqda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

2015-07-13 19:27:27 Cosqun :
Salam. Anam Hüseynova Şəhla Hümbet qızı 1960-ci ildə anadan olub. 4 uşaq anasıdır. 32 il stajı var. Ona əmək pensiyası düşürmü?


Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1 yanvar 2015-ci il tarixdən qadınların pensiya yaş həddi 60 yaş müəyyən edilmişdir.

2015-07-13 13:39:25 ANAR :
Salam. Atam 20 ildən çoxdur neft şirkətində müəyyən yüksək vəzifələrdə çalışır. Gələn ay 63 yaşı tamam olacaq və əmək veteran statusuyla pensiyaya çıxır. Bilmək istərdim pensiya əmək haqqına yoxsa staja görə hesablanacaq və nə qədər pensiya alacaq?


Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 1 yanvar 2006-cı il tarixədək olan dövr üçün şəxslərin sığorta stajına, 1 yanvar 2006-cı il tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Eyni zamanda bildiririk ki, əmək pensiyalarına dair normativ-hüquqi aktlara əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələri (Pensiya təyin edən komissiya) tərəfindən həyata keçirilir. Bununla bağlı atanızın müvafiq sənədlərlə qeydiyyatda olduğu ərazi üzrə Fondun yerli orqanına müraciət etməsi xahiş olunur.

2015-07-12 11:41:03 Sevda :
Salam, mən öz pensiyam haqqında hardan məlumat ala bilərəm?


Bildiririk ki, əmək pensiyalarına dair normativ-hüquqi aktlara əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi, ödənilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələri (Pensiya təyin edən komissiya) tərəfindən həyata keçirilir.

2015-07-12 00:50:51 Elmir :
Salam. Pensiyaların verilməsi barədə mənim hər hansı bir şəkildə xəbərdar olmağım mümkündürmü? Misal: telefonuma sms gəlsin, yaxud e-poçtuma bildiriş gəlsin? Belə bir xidmət varsa, ondan necə faydalana bilərəm?


Bildiririk ki, əmək pensiyalarına dair normativ-hüquqi aktlara əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələri (Pensiya təyin edən komissiya) tərəfindən həyata keçirilir.

2015-07-10 21:54:33 Yaqubov İrade :
Salam. Mən 01.04.1961-ci il təvəllüdəm. 5 uşağım və 12 il stajım var. Bilmək istərdim pensiyaya nə vaxt çıxa bilərəm?


Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1 yanvar 2015-ci il tarixdən qadınların pensiya yaş həddi 60 yaş müəyyən edilmişdir.

2015-07-10 15:03:52 Əli :
Salam, mən pensiyamı necə hesablaya bilərəm?


Bildiririk ki, vətəndaşlara əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin məbləğinin hesablanması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə onların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək qazanmış olduqları əmək pensiyası hüquqları həmin Qanunun 27-ci maddəsinə əsasən bu dövrə aid olan ümumi iş stajına, ikinci mərhələdə isə 1 yanvar 2006-cı il tarixdən sonra sığortaolunanların gəlirlərindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən müəyyənləşdirilir. Hesablanmış sığorta hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş pensiyanın baza hissəsi ilə cəmlənməklə pensiyanın ümumi məbləği alınır. Eyni zamanda bildiririk ki, əmək pensiyalarına dair normativ-hüquqi aktlara əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələri (Pensiya təyin edən komissiya) tərəfindən həyata keçirilir. Bununla bağlı müvafiq sənədlərlə qeydiyyatda olduğunuz ərazi üzrə Fondun yerli orqanına müraciət etməyiniz xahiş olunur.

2015-07-10 00:08:19 MƏMMƏD MÜRSƏLOV :
Salam. Hərbi xidmət staja daxildirmi?


Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

2015-07-09 11:00:08 Natiq Yusifov :
Salam. Mən uzun müddət üzümçülük sovxozunda traktor parkında qaynaqçı işləmişəm, eyni zamanda sovxozun çöl işlərinin (üzüm və səpin-biçim )mexanizm -avadanlıqlarının qaynaq işlərini yerinə yetirmişəm. Mənə güzəştli şərtlərlə pensiyaya- Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları (bölmə XXXIII- 23200000 -19906) çıxmaq hüququm varmı?


Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı üzrə) çalışan kişilər 57 yaşa çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar.

2015-07-09 10:14:32 SEYIDHASAN :
Salam. Atam Samidov Seyidhəsən Mirhadı oğlu 1959-cu ildə anadan olub. Uzun müdddət idarələrdə qaynaqçı işləyib. Bilmək istərdim nə vaxt pensiyaya çıxa bilər?


Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı üzrə) çalışan kişilər 57 yaşa çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar.

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 ... | »

Назад | Наверх

Abunə ol!

Elektron poçt ünvanınızı daxil edib istəyinizi təsdiqləyin

Fondun qəbulu

Контакная информация

АДРЕС ФОНДА:

AZ 1122Баку, проспект Г. Зярдаби, 80
TELEFON: (+994 12) 434 60 18
ФАКС:(+994 12) 434 55 87

Вопросы можете отправить на почту:
info@sspf.gov.az
Прием граждан
График приема
Схема проезда

2266
63695
13741600