19 Oktyabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

Ətraflı məlumat

14px12px

Fərdi uçot haqqında ətraflı məlumat

Fərdi uçot haqqında ətraflı məlumat

 Fərdi uçot anlayışı

 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün  hər bir      sığortaolunan haqqında  məlumatların uçotunun təşkili və aparılmasıdır.

 

 Sığortaolunanın fərdi şəxsi hesabı

 
 1. Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı-Dövlət Sosial Müdafiə Fondu hər bir sığortaolunan şəxsə uçot dövründə  daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır.

 2. Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir:

 2.1. sosial sığorta nömrəsi;

 2.2. adı, atasının adı, soyadı;

 2.3. doğulduğu il, ay, gün;

 2.4. doğulduğu yer;

 2.5 cinsi;

 2.6. daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yerin ünvanı;

 2.7. şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı;

 2.8. vətəndaşlığı;

 2.9. telefon nömrəsi;

 2.10. əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı , o cümlədən əmək şəraitinə görə güzəştli staj müddəti;

 2.11. məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün);

 2.12. sığortaedən tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün);

 2.13. işsizliyə görə müavinət ödənildiyi müddətlər;

 2.14. məcburi dövlət sosial sığorta haqqı ödənilməyən, lakin müvafiq qanunvericiliyə uyğun olaraq sosial sığorta stajına daxil edilən müddət;

 2.15. əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) və indeksləşdirilməsi haqqında məlumat.

 2.16. sığortaolunanın 01.01.2006-cı il tarixə qazanılmış əmək pensiyası hüququna uyğun şərti qaydada hesablanmış pensiya kapitalı haqqında məlumat;

 2.17. fərdi şəxsi hesabın sığorta hissəsi və onun indeksləşdirilməsi haqqında məlumat;

 2.18. fərdi şəxsi hesabın yığım hissəsi haqqında məlumat;

 2.19. sığortaolunanın fərdi şəxsi hesabının bağlanması haqqında məlumat.


 Sığortaolunanın fərdi şəxsi hesabı dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Dövlət Sosial Müdafiə Fondu tərəfindən  sığortaolunanın bütün ömrü boyunca, ölümündən sonra isə əmək pensiyası işlərinin saxlanılması qaydasında nəzərdə tutulmuş müddət ərzində mühafizə olunub  saxlanılır.

 
Sığortaolunan öldükdə, müvafiq icra hakimiyyəti orqanı sığortaolunanın adı, ata adı, soyadı və şəxsiyyət vəsiqəsi məlumatlarını ölüm faktının qeyd olunduğu gündən biray ərzində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir.

 

 Sosial sığorta haqlarının vaxtında ödənilməsi nə üçün vacibdir?

 

Respublikamızda əmək pensiyaları ödənilmiş məcburi sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğinin sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Bununla bağlı işləyənlər (bundan sonra sığortaolunan) işəğötürənlərlə (bundan sonra sığortaedən) əmək müqavilələrinin bağlanılmasında və sosial sığorta haqlarının ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Onlar gələcəkdə normal pensiya məbləği əldə etmək üçün pensiya sisteminə daha çox sosial sığorta haqqı ödənilməsinə çalışmalıdırlar.

 

 Sosial sığorta şəhadətnaməsi nə üçün lazımdır?

 
Ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə, Dövlət Sosial Müdafiə Fondu (bundan sonra DSMF) hər bir sığortaolunanı fərdi uçot sistemində 
uçota alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın DSMF-də uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial  sığorta şəhadətnaməsi rəsmiləşdirilir. 



 Sosial sığorta şəhadətnaməsində sığortaolunanın aşağıdakı məlumatları əks olunur: 
 -soyadı,adı,atasının adı 
 -doğum tarixi (gün, ay, il) 
 -doğulduğu yer 
 -cinsi 

 - sosial sığorta nömrəsi

 Sosial sığorta şəhadətnaməsi yalnız şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim olunduqda etibarlı sayılır.

 

 Sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi

 
Sığortaedən ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsini DSMF orqanları vasitəsilə rəsmiləşdirir. Bunun üçün sığortaedən işçi ilə əmək müqaviləsi (kontraktı) bağladığı gündən sonra 1 (bir)ay ərzində sığortaolunanın ərizəsinin ((Q3) ərizə forması) tərtibini təşkil edib onu müvafiq qaydada təsdiq etdikdən sonra sənədlər toplusunu siyahı ilə birlikdə (sənədlər toplusunun siyahı forması (S4)) DSMF orqanına təqdim etməli və ya sığortaolunanın uçotuna dair onlayn müraciət etməlidir. Ümumi qaydalara əsasən, ərizələr sığortaolunanlar tərəfindən doldurulmalıdır.


Əmək fəaliyyəti olan sığortaolunanlar dövlət sosial sığorta şəhadətnaməsini öz sığortaedənləri vasitəsilə, özü-özünü sığortaedən şəxslər isə yaşadıqları ərazi (yaşayış yeri üzrə daimi qeydiyyatda olduğu ünvan) üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanından bir ay müddətində alırlar.


Ərizədə düzgün olmayan və ya qeyri-müəyyən məlumatlar olduğu halda, DSMF orqanı həmin məlumatların dəqiqləşdirilməsi (dürüstləşdirilməsi) məqsədi ilə sığortaedənə  müraciət  (Əlavə № 24) göndərməlidir.



 DSMF orqanı sığortaolunan haqqında sığortaedən tərəfindən təqdim edilmiş ərizəyə əsasən hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açır və onun soyadı, adı,  atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsini rəsmiləşdirir.

 
   DSMF orqanı rəsmiləşdirilmiş SSŞ-ləri müşayiətedici cədvəllə (Əlavə №17) birlikdə sığortaedənə təhvil verməlidir.

 
Sığortaolunanın onlayn qeydiyyatı


“Sığortaolunanın onlayn uçota alınması” adlı xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür.  

Bu xidmət vasitəsi ilə hər bir sığortaedən birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına  malikdir. Elektron xidmətdən istifadə üçün sığortaedən həm DSMF-nin saytı, həm “Elektron hökumət” portalı vasitəsi ilə “Sığortaolunanın onlayn uçota alınması”  elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığortaedənə  elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş  elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və ona sosial sığorta nömrəsi əks olunan dövlət sosial sığorta şəhadətnaməsi 1  ay ərzində rəsmiləşdirilir. Eyni zamanda, əgər vətəndaş sığortaolunan kimi fərdi uçot sistemində qeydiyyatdadırsa bu zaman imtina haqqında informasiya əks olunmaqla  sığortaolunanın nə zaman və hansı sığortaedən tərəfindən uçota alınması ilə bağlı xüsusi pəncərə açılır.

 
“Sığortaolunanın onlayn uçota alınması” elektron  xidməti interaktivdir, xidmətdən istifadə ödənişsizdir və xidmətdən istifadə üçün hər hansı sənəd olunmur.

 

  Sığortaolunanın onlayn qeydiyyatı barədə video çarx

  Sosial sığorta şəhadətnamələrini təhvil alan sığortaedənin vəzifələri:

 
DSMF orqanından SSŞ-lərini təhvil alan sığortaedən onları aldığı gündən etibarən 15 (on beş) gün ərzində sığortaolunanlara müşayiətedici cədvəldə imza etdirməklə təhvil verməlidir.

 
Sığortaolunan özünün SSŞ-sində əks olunan məlumatlarda səhv aşkar etdikdə dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsinə dair  ərizə (Əlavə №5) ilə
dəqiqləşdirilmiş məlumatlar əsasında ona SSŞ-sinin həmin sosial sığorta nömrəsi ilə yenisinin verilməsi üçün sığortaedənə müraciət etməlidir. Öz növbəsində sığortaedən bununla bağlı bu Qaydalara uyğun şəkildə DSMF orqanına müraciət etməlidir.  

 

Sığortaedən sığortaolunana dair dəqiqləşdirilmiş məlumatların qeyd olunduğu dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsinə dair  ərizəni (Əlavə №5) 1(bir) həftə ərzində DSMF orqanına təqdim etməlidir.

   

 Sığortaolunanın sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və dublikatının verilməsi

 

  Sosial sığorta şəhadətnamələri (SSŞ)aşağıdakı hallarda dəyişdirilə bilər:

  Sığortaolunanın soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer dəyişdikdə;

  SSŞ-də yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə;

  SSŞ yararsız hala düşdükdə;

  Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

 

DSMF  orqanının SSŞ-nin dəyişdirilməsinə dair təqdim olunmuş məlumatların dəqiqləşdirilməsi üçün sığortaolunanın  şəxsiyyətini təsdiq edən sənədi tələb etmək  hüququ var.

 
Əmək fəaliyyəti olan sığortaolunan dövlət sosial sığorta şəhadətnaməsini itirdikdə dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsinə dair ərizə (Əlavə №5) ilə sığortaedənə, sığortaedən isə öz növbəsində sığortaolunanın ərizəsini sənədlər toplusunun siyahısı (Əlavə №16) əsasında müvafiq DSMF orqanına bir ay    müddətində təqdim etməlidir.
 
 Əmək fəaliyyəti olmayan sığortaolunanlar və özü-özünü sığortaedən şəxslər isə dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının  verilməsinə dair ərizə (Əlavə №5) ilə  ilk dəfə fərdi uçot sistemində uçota durduğu DSMF orqanına bir ay müddətində şəxsən müraciət etməlidirlər.

 


DSMF orqanı tərəfindən şəhadətnamənin dəyişdirilməsinə dair qərar qəbul olunduqdan sonra 2 (iki) həftə ərzində SSŞ-nin dublikatı rəsmiləşdirilir və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu” Qaydalarına uyğun olaraq sığortaedənə təhvil verilir.

 

Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı -Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin dublikatı müraciət olunduğu gündən bir ay müddətində əmək fəaliyyəti olan sığortaolunana onun sığortaedəni vasitəsilə, əmək fəaliyyəti olmayan sığortaolunana, eləcə də özü özünü sığortaedən şəxslərə isə şəxsən verilir. Bu zaman dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı-Dövlət Sosial Müdafiə Fondu sığortaolunandan adı, atasının adı, soyadı və vətəndaşlığı haqqında məlumatları dəqiqləşdirmək üçün şəxsiyyəti təsdiq  edən sənədi tələb etmək hüququna malikdir. 

 

 Əcnəbilərə sosial sığorta şəhadətnaməsinin verilməsi


Azərbaycan respublikası vətəndaşları ilə 
yanaşı, Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olub gəlir əldə edən xarici vətəndaşlar da məcburi dövlət sosial sığorta haqlarının ödəyicisidirlər.

 

Əcnəbi vətəndaşlara Q3 (ilkin uçot) ərizəsi doldurulan zaman daimi ünvan hissəsində sığortaolunanın xarici ölkədəki ünvanı mütləq qeyd edilməlidir.


Sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi ilə bilavasitə əlaqədar olan sənədlər


Sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi ilə bilavasitə əlaqədar olan sənədlər aşağıdakılardır: 

1. Sığortaolunanın uçotuna dair ərizə- Q3 (ilkin uçot) sığortaolunanların məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində uçotuna dair ərizə formasıdır. 

2. S
ığortaolunanın uçotuna dair ərizə- Q3 (düzəliş) fərdi uçot sistemində artıq uçotda olan sığortaolunanın yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan dəyişdikdə DSMF-nin yerli şöbəsinə təqdim etdiyi ərizə formasıdır. 

3.
Dövlət sosial sığorta şəhadətnaməsinin dublikatının  verilməsinə dair ərizə - Q5 sığortaolunanın şəxsi məlumatlarında dəyişiklik baş verdikdə, sosial sığorta şəhadətnaməsində səhv aşkar edildikdə, onun dəyişdirilməsi və ya dublikatının verilməsi zərurəti meydana çıxdıqda (sosial sığorta şəhadətnaməsi itdikdə və ya tam yararsız hala düşdükdə) sığortaolunanın DSMF-nin yerli şöbəsinə təqdim etdiyi ərizə formasıdır. 

4.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan sənədlərin siyahısı - S4 sığortaedənin DSMF-yə təhvil verdiyi hər bir sənəd bağlamasındakı  sənədlərin siyahısını əks etdirən formadır. 

 
5. Müşayiətedici cədvəl - DSMF orqanları tərəfindən sığortaedənə verilən sosial sığorta şəhadətnamələrinin sığortaolunanlar üzrə adlı siyahısıdır. 

 Fərdi uçot sistemində istifadə olunan formaların tərtibindən öncə ilkin olaraq formaların doldurulma qaydaları ilə tanış olmaq məqsədəuyğundur. Nəzərə almaq lazımdır  ki, formalar göy və qara rəngli diyircəkli qələmlə, böyük çap hərfləri ilə sonradan üzərində düzəliş etmədən və aydın oxunacaq şəkildə doldurulmalıdır.

 

 Sığortaolunana pensiya kapitalı barədə məlumat verilməsi

 
Dövlət Sosial Müdafə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan həm Dövlət Sosial Müdafə Fondunun saytı (
www.sspf.gov.az), həm elektron “Hökumət portalı” (www.e-gov.az) vaistəsilə  “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən  tərəfindən hər  ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə etmək və illər üzrə öz pensiya kapitalını izləmək imkanına malikdir ki,  bu da  işləyənlərin  öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir.

 


 “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın (B3) tərtibi qaydaları

 
Sığortaedənlər uçotda olduğu DSMF orqanına hər il məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında  məlumat (Əlavə №7)  təqdim etməlidirlər.


 Sığortaedənlər sığortaolunanlar haqqında məlumatı (Əlavə №7 və Əlavə №26) illik hesabatla birgə hər il üçün növbəti ilin mart ayının 1-nə kimi müvafiq DSMF      orqanına  təqdim etməlidirlər. 

 
Sığortaedən haqqında məlumat


 Bu bölmə özündə sığortaedənin adını, məlumat növünün kodunu, DSMF-dəki uçot nömrəsini, vergi orqanlarındakı VÖEN-i, məcburi dövlət sosial sığorta məqsədləri  üçün fəaliyyət növünün kodunu, sosial sığorta nömrəsini, torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası və nömrəsini əks etdirir.

 
DSMF-dəki uçot nömrəsi(SUN)
– sığortaedənin DSMF orqanındakı yeni uçot nömrəsidir.  Bu nömrə unikal nömrə sayılır və 11 rəqəmdən ibarətdir.


 VÖEN –
sığortaedənin vergi ödəyicisi kimi vergi orqanındakı eyniləşdirmə nömrəsidir. Bu nömrə unikal nömrə sayılır və 10 rəqəmdən ibarətdir. Hüquqi şəxslərin filialları     və  struktur bölmələri üzrə bu nömrə 15 rəqəmdən ibarətdir.

 
 Məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növünün kodu–
məcburi dövlət sosial sığorta haqqıdərəcələrindən asılı olaraq fərqləndirilən fəaliyyət növünün  kodudur. Bu kod 4 rəqəmdən ibarətdir. Məlumatın doldurulması və məlumatdakı nəzarət funksiyaları bu koddan asılı olaraq müəyyənləşdirilmişdir.

 Sığortaedənin (fiziki şəxs) SSN-i– əgər sığortaedən fiziki şəxs olarsa, bu halda bu sahəyə fiziki şəxsin dövlət sosial sığorta şəhadətnaməsində (SSŞ) göstərilmiş sosial  sığorta nömrəsi (SSN) daxil edilir. Bu sahə hüquqi şəxs üçün doldurula bilməz və qalan tip sığortaedənlər üçün mütləq doldurulmalıdır.

 
Torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd -
müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmiləşdirilən və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin    seriyasını  və nömrəsini əks etdirir.

 
B3 formasının məlumatları

 
Məlumat növünün kodu
məlumatın təqdim edilməsi məqsədindən asılı olaraq aşağıdakılardan ibarətdir:

 00- illik B3 məlumatıtəqdimolunan forma;

 01- sığorta olunanın pensiyaya çıxması ilə əlaqədar təqdim olunan forma;

 02- sığortaolunanın ölümü ilə əlaqədar təqdim olunan forma;

 03- sığorta edənin fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar təqdim olunan forma

 04- təşkilatın ləğv olunması ilə əlaqədar təqdim olunan forma;

 05- illik B3 məlumatında göstərilməyən və sığorta edənlərin köhnə borclarına aid olan məlumatları əks etdirən forma;

 06- düzəliş olunan B3 forması.

 

 Məlumat növünün kodu 00 ilə təqdim olunan məlumat formaları hər il üçün növbəti ilin mart ayının 1-nə kimi təqdim edilməlidir. Digər məlumat kodları üzrə məlumat  formaları isə yalnız müvafiq hal baş verdiyi zaman təqdim edilməlidir.

 Məlumatda DSMF-nin  yerli orqanının üç rəqəmli kodu qeyd olunmalıdır.


 Məcburi dövlət sosial sığortası üzrə  sığorta iştirakçılarının uçotu  

 qaydalarının pozulmasına görə   məsuliyyət

 
Müəyyən olunmuş müddətdə sığortaedənlər öz sığortaolunanlarının fərdi uçot sistemində uçota alınmasını təmin etmədikdə DSMF orqanı tərəfindən onlara yazlı  xəbərdarlıq (Əlavə №23) edilir.

 
DSMF orqanı tərəfindən sığortaedənlərdə aparılan səyyar yoxlamalar zamanı fərdi uçot sistemində uçota alınması təmin edilmədən 1 (bir) aydan çox fəaliyyət göstərən  sığortaolunan aşkar olunarsa, xəbərdarlıq etmədən dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin pozulmasına görə sığortaedənə inzibati cərimə  tətbiq edilir.

 
Sığortaolunanlar haqqında təqdim edilmiş ərizə formalarında (Əlavə №3; Əlavə №5) uyğunsuzluq (çatışmamazlıq), natamamlıq aşkar olunduqda, sığortaedənə  «Sığortaolunanlar haqqında təqdim olunmuş məlumat formasındakı uyğunsuzluqlar barədə» müraciət forması (Əlavə №24) göndərilir və uyğunsuzluğun 5 (beş) iş  günü müddətində aradan qaldırılması tələb olunur.


Xəbərdarlıq (Əlavə № 23) və müraciət (Əlavə №24) formalarında tələb olunan müddətlər ərzində müəyyən edilmiş nöqsanlar aradan qaldırılmadığı halda, bu hal  müvafiq məsuliyyətə səbəb olur.

 

 






128040 - dəfə oxunulub
2441
201861
16632634