19 Oktyabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

Ölkəmizdə qurulmuş sığorta-pensiya sisteminin üç pilləli olması onun çevikliyini şərtləndirən əsas amildir

14px12px



Qeyd olunmalıdır ki, dünyanın bir çox ölkələrində sığortaolunanların fərdi uçotu sisteminə keçid real yığıma əsaslanmaqla baş verib. Lakin məsələyə birbaşa belə yanaşma öz mənfi təsirlərini (xüsusilə əvvəlki sistemlə əhatə olunan insanların sosial müdafiəsində, yığım vəsaitlərinin maliyyə bazarlarında qorunmasında və s.) də ortaya qoyub. Odur ki, bu sahədə problemlər nəzərə alınmaqla, eləcə də pensiya sistemində dövlətin sosial müdafiəedici rolunu qoruyub saxlamaq üçün, bir sıra ölkələrdə, o cümlədən Şərqi Avropa ölkələrində daha təkmil hesab olunan 3 pilləli sistem tətbiq olunub. Bu sistemdə əmək pensiyaları 3 pillədən - baza, sığorta və yığım hissələrindən ibarət olmaqla hesablanır. Əmək pensiyalarının baza hissəsi birinci pillə olmaqla, əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır və bu hissə dövlət tərəfindən mütləq rəqəmlə təyin olunur. Sığorta hissəsi fərdi hesabda şərti olaraq uçota alınan və real pul kütləsi olmayan pensiya kapitalına əsasən hesablanır. Yığım hissəsi isə fərdi hesabda real olaraq toplanan pensiya kapitalına görə təyin olunur. Azərbaycan Respublikasında 2006-cı ildən qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunla üç pilləli pensiya sistemi qəbul olunmuşdur ki, bu da ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş əhalinin sosial müdafiəsinin dövlət siyasətində daim ön plana çəkilməsi prinsipinin əyani təzahürüdür. 

Ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi, yəni baza hissəsinin artırılmasında istehlak qiymətləri indeksinin illik səviyyəsinın nəzərə alınması, sığorta hissəsinin isə istehlak qiymətləri indeksinə uyğun indeksləşdirilməsi mövcud maliyyə imkanlarının əmək pensiyaçıları arasında ədalətli bölgüsünə imkan vermişdir. Beləliklə, ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. 

Nəticədə, yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artmışdır.

Bu modelin uğurlu tətbiqi, eləcə də Azərbaycan Respublikası Prezidenti tərəfindən sığorta-pensiya sistemində maliyyə dayanıqlığının qorunmasını və islahatların davam etdirilməsinin diqqət mərkəzində saxlanılması dünyada davam edən maliyyə böhranı şəraitində belə ölkəmizdə pensiya proqramlarının vaxtında və tam icra edilməsinin başlıca təminatçısı olmuşdur.





12493 - dəfə oxunulub
2384
201804
16632577