14 Dekabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

2016-cı il

14px12px

11.04.16

Cari ilin ilk rübündə ölkəmizdə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 45,8 min nəfərdən çox artıb

Əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların gələcək etibarlı pensiya təminatını stimullaşdıran fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı artmaqda davam edir.
Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı cari ilin yanvar-mart aylarında 45 837 nəfər artaraq, 3 225 991 nəfərə çatıb. Onlardan 674 698 nəfəri (20,9 faiz) 30 yaşa qədər və 811 537 nəfəri (25,2 faiz) 30-40 yaşlarında olan vətəndaşlardır. Qeydiyyatda olan sığortaolunanlar sırasında 40-50 yaşlarında olanlar 653 590 nəfər (20,2 faiz), 50-60 yaş aralığında olanlar 682 239 nəfər (21,1 faiz) 60 yaşdan yuxarı olanlar isə 403 927 nəfər (12,5 faiz) təşkil edir.
Ölkəmizdə mütərəqqi beynəlxalq standartlara uyğun şəkildə tətbiq olunan müasir sığorta-pensiya sistemi əmək pensiyalarının vətəndaşlar tərəfindən  onların fərdi hesablarına toplanan pensiya kapitalı əsasında hesablanmasını nəzərdə tutur. Əhalinin bu sistemə mütəmadi artan marağının göstəricisi kimi, son bir ildə  fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayında 185 min nəfərə yaxın artım qeydə alınıb.





5790 - dəfə oxunulub
10441
144128
17168943