19 Oktyabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

2016-cı il

14px12px

11.03.16

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

 
2016-cı ilin martın 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 3,71 faiz artıb. Fevral ayı ərzində əlavə olaraq 688 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı  28 903 nəfərə yüksəlib.  
 
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 87,83 faizini (25 385 nəfər) kişilər, 12,17 faizini (3 518 nəfər)  isə qadınlar təşkil edir.
 
Ümumilikdə 118 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə Respublikası vətəndaşları (14 053 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan  Respublikası vətəndaşlarının sayı 3 068 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 749 nəfərə çatıb.   
 
Sonrakı yerlərdə Hindistan (1252), İran İslam Respublikası (992), Çin Xalq Respublikası (870), Banqladeş Xalq Respublikası (661), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı (601), Pakistan İslam Respublikası (555), Ukrayna (483), Özbəkistan (290), Filippin Respublikası (267), Almaniya Federativ Respublikası (259), ABŞ (257), Qazaxıstan Respublikası (226), Türkmənistan Respublikası (219), İtaliya (206)  və s. ölkələr qərarlaşıb.
2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.
 





2502 - dəfə oxunulub
2333
201753
16632526