22 Oktyabr 2017Bazar
XƏBƏR LENTİ

2016-cı il

14px12px

09.03.16

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Salyan rayonunda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 16 mart 2016-ci il tarixdə, saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarının və  Şirvan şəhərinin sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.  
 
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: 
 
           Fondun Aparatında                        (012) 434-12-34
           Salyan rayon şöbəsində                 (02125) 5-50-61
           Şirvan şəhərinin şöbəsində             (02121) 5-10-22 
           Haciqabul rayon şöbəsində             (02120) 4-41-31
           Neftçala rayon şöbəsində               (02126) 3-34-00     
           Biləsuvar rayon şöbəsində              (02529) 5-00-22
 
Qəbulda iştirak edəcək vətəndaşların martın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.
 





2438 - dəfə oxunulub
4110
234130
16664903