14 Dekabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

2016-cı il

14px12px

02.03.16

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 210 647 nəfərə yüksəlib

 2016-cı il mart ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayında əlavə olaraq 19 979 sığortaolunana fərdi şəxsi hesab açılıb. Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun  fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 0,96 faiz artıb. Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 210 647 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,27 faizi (1 902 872 nəfər) kişi, 40,73 faizi (1 307 775 nəfər) isə qadındır.  
 
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,13 faizini (807 004 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 20,99 faizini (673 886 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,31 faizini (652 267 nəfər) 40-50 yaş aralığında olan şəxslər,  21,13 faizini (678 536 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 12,42 faizini (398 954 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
 
Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
 





2311 - dəfə oxunulub
10364
144051
17168866