14 Dekabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

2010-cu il


 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin və xərclərinin icrası barədə operativ məlumat 







Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 

2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1765,7 mln. manat təşkil etmişdir ki, bu da 2009-cu ilə nisbətən 164 mln. manat və ya 10,2 faiz çoxdur. 








2010-cu ildə DSMF-nin gəlirlərinin  quruluşu




  



Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar

Məcburi dövlət sosial sığorta haqqı üzrə daxilolmalar Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin əsas hissəsini təşkil edir. 




 
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2009-cu ilə nisbətən 7,7 faiz və ya 80 mln. manat artaraq 1114,3 mln. manat təşkil etmişdir.
Qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2009-cu ilə nisbətən 12,6 faiz və ya 72,5 mln. manat artaraq 648,8 mln. manat təşkil etmişdir. Bu artım orta aylıq əmək haqqının artım səviyyəsini 3,5 faiz bəndi üstələmişdir.
Hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, fiziki şəxslərdən daxilolmalar 8,7 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 58 faiz artmışdır. 
 




Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xərcləri

2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1765,1 mln. manat olmuşdur ki, bu da 2009-cu ilə nisbətən 89,7 mln. manat və ya 5,4 faiz çoxdur. 






DSMF-nin 2010-cu il üçün büdcə xərclərinin quruluşu

Əhaliyə ödənişlər Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 96,6 faizini təşkil edir.



Əhaliyə ödənişlər üzrə xərclər 2009-cu ilə nisbətən 5,6 faiz və ya 87,4 mln. manat artaraq 1656 mln. manat təşkil etmişdir.






Əhaliyə ödənişlər üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xərcləri





 
 
 

 
 
ətraflı
10445
144132
17168947