Dövlətimizin siyasəti – iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir

Heydər Əliyev

20 Oktyabr 2014Bazar ertəsi
XƏBƏR LENTİ

2012-ci il

14px12px

27.11.12

Fərdi hesablara toplanan pensiya kapitalı barədə informasiyanı əks etdirən elektron xidmətlərdən istifadə qaydaları sadələşdirilib

Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdədir. Növbəti belə tədbirlərdən biri kimi, sığortaolunanların fərdi hesablarına toplanan pensiya kapitalları barədə məlumatlandırılmasını özündə əks etdirən elektron xidmət vətəndaşların istifadəsinə verilib. "Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi" adlı müasir məlumatlandırma sistemi Fondun rəsmi internet informasiya ehtiyatında (http://www.sspf.gov.az/eservices/) olmaqla yanaşı, "Elektron Hökumət" Dövlət İnformasiya Sistemi(EHDİS) portalında (http://www.ehdis.az/infoportal/dispatcher?page=cats&actp=mp0&fk_pr=0bgv69f4uo102g&fk_cn=0bh3ir9zny102m&lang=az)  yerləşdirilib. Xidmətdən yararlanmaq üçün ilk vaxtlar elektron imza tələb olunurdusa, hazırda bu tələb aradan qaldırılıb və istifadə qaydaları daha da sadələşdirilib. Hər bir vətəndaş sadəcə olaraq özü haqqında müvafiq bilgiləri daxil etməklə (https://reg.ehdis.az/) bu elektron xidmətin daimi istifadəçisinə çevrilə bilər.

Bu xidmət vasitəsilə istənilən sığortaolunan Dövlət Sosial Müdafiə Fondu tərəfindən  açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanını əldə edir. Bu sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına imkan verəcəkdir. Başqa sözlə, hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaqdır. Yaxın perspektivdə bu xidmətin daha da inkişaf etdirilməsi, eyni zamanda vətəndaşların 2006-cı ilə qədər mövcud olan pensiya kapitalları barədə məlumatların da elektron qaydada sistemdə yerləşdirilməsi nəzərdə tutulur.



 
Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən digər elektron xidmətlərdən də yararlananların sayı getdikcə artmaqdadır. Hesabatların və məlumatların sığortaedənlər tərəfindən elektron formada təqdim olunması ilə bağlı 1 noyabr 2012-ci il tarixə elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş 11 730 sığortaedən unikal kod, parol və şifrə ilə təmin edilib.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, torpaq pay mülkiyyətçilərinin və digər şığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Fondun orqanlarına ("Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi"nə (KÖMİS) qoşulmuş Dövlət Xəzinədarlıq Agentliyinin orqanları üzrə) ödənişlərinin real vaxt rejimində qəbulu da davam etdirilməkdədir. Artıq Dövlət Sosial Müdafiə Fondunun 36 yerli orqanı üzrə 223 712 sığortaedən haqqında məlumat KÖMİS sisteminə inteqrasiyaolunub. İyun-oktyabr ayları ərzində 19 027 sığortaedən tərəfindən 42 876 əməliyyat həyata keçirilərək cəmi 3 642 294,54 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin ödənişi həyata keçirilib.

Ümumilikdə hazırda Dövlət Sosial Müdafiə Fondunun internet saytında yerləşdirilən “Elektron xidmətlər” bölməsi interaktiv və informativ olmaqla 20-yə qədər xidməti əhatə edir. Yaxın vaxtlarda bu xidmətlərin sayının 25-ə çatdırılması nəzərdə tutulur.





2298 - dəfə oxunulub
5010
201041
6609233