19 Oktyabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

ƏLAQƏ

14px12px

17.06.10

Mərkəzi Çağrı Sistemi:190  


Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunda müasir tipli «Call-center» - «Mərkəzləşdirilmiş Çağrı Mərkəzi» («190» nömrəli telefon məlumat xidməti) yaradılıb. Xidmətin yaradılmasında başlıca məqsəd ictimaiyyətlə mövcud olan əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarını operativ şəkildə cavablandırmaqdır. Belə ki, məlumat xidməti tərəfindən telefon vasitəsi ilə məcburi dövlət sosial sığortası, pensiya məsələləri, fərdi uçotun təşkilinə aid sualların və müraciətlərin operativ şəkildə cavablandırılması həyata keçiriləcək. 

 
 
 
 
 

 

Ümumiyyətlə, sığortaolunanlar, pensiyaçılar, eləcə də hər bir vətəndaş pensiya sistemi ilə bağlı onu maraqlandıran istənilən məsələyə «190» nömrəli telefona müraciət etməklə cavab tapa bilər. Bu xidmət vətəndaşların Fondun orqanlarına gəlmədən operativ informasiya almalarına şərait yaradır. 

Nəzərə çatdıraq ki, telefon xidməti ödənişsizdir və ayrı-ayrı xidmət rejimləri olmaqla fasiləsiz fəaliyyət göstərir, vətəndaşlar respublikanın hər bir regionundan, habelə mobil telefonlardan «190» telefon məlumat xidmətinə müraciət etməklə sığorta-pensiya sistemi ilə bağlı sual doğuran istənilən məsələyə cavab tapa bilərlər.  






6244 - dəfə oxunulub

Abunə ol!

Elektron poçt ünvanınızı daxil edib istəyinizi təsdiqləyin

Fondun qəbulu

Əlaqə məlumatı

FONDUN ÜNVANI:

AZ 1122 BAKI şəhəri, H. Zərdabi prospekti, 80
TELEFON: (+994 12) 434 60 18
FAKS:(+994 12) 434 55 87

Suallarınızı aşağıdakı poçt ünvanına yaza bilərsiniz:
info@sspf.gov.az

2341
201761
16632534