19 Oktyabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

İSSA

14px12px

Beynəlxalq Sosial Təminat Assosiasiyası

www.issa.int

Beynəlxalq Sosial Təminat Assosiasiyası bürosunun 2004-cü il 6-7 may tarixlərində Cenevrə şəhərində keçirilmiş 88-ci iclasında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu bu beynəlxalq quruma tamhüquqlu üzv qəbul olunmuşdur.

Beynəlxalq Sosial Təminat Assosiasiyası 1927-ci il oktyabr ayının 4-də Brüssel şəhərində təsis edilmişdir.

Üzvləri, sosial müdafiənin bir və ya bir neçə sahəsində inzibati idarəetməni həyata keçirən müxtəlif dövlətlərin hökumət orqanları, agentlikləri, müəssiələr və digər institutlar olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının məqsədi sosial ədalətlilik prinsipi əsasında, sosial müdafiə sahəsindəki texniki və inzibati iş üsullarının təkmilləşdirilməsi hesabına əhalinin sosial-iqtisadi həyat şəraitinin yaxşılaşdırılması üçün sosial müdafiənin bütün dünyada əlaqələndirilməsi və onun inkişafına yönələn beynəlxalq səviyyəli əməkdaşlığın həyata keçirilməsini təmin etməkdir.

Yəni, əhalinin sosial müdafiəsinə dair dünya siyasətinin tətbiqi, onun milli, regional və beynəlxalq iqtisadiyyata adoptasiyası; sosial müdafiə sisteminin təkmilləşdirilməsi; sosial müdafiənin beynəlxalq metodlarının qloballaşdırılması məqsədi ilə müxtəlif dövlətlərdə əhalinin sosial müdafiəsi inzibati institutlarının yaradılması və dəstəklənməsi; əhalinin sosial müdafiəsi milli və regional instituları arasında əlaqələrin yaradılması; əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün dövlətlər tərəfindən həyata keçirilən tədbirlərin inkişaf və effektliliyinin təhlili; sosial sistemlərin tətbiq olunması üçün strateji planların hazırlanması; əhalinin sosial müdafiəsi üzrə menecerlərin hazırlanması; əhalinin sosial müdafiəsinin vahid prinsiplərinin işlənib hazırlanması üçün milli, regional və beynəlxalq təşkilatlar arasında görüşlərin keçirilməsi; yeni sosial terminlərin işlənməsi; qloballaşdırma və dövlət hüquq sistemlərinə sosial müdafiənin beynəlxalq prinsiplərinin tətbiq edilməsi üçün forumların, elmi seminarların və konfransların keçirilməsi; sosial müdafiə sahəsində konseptual beynəlxalq qanunvericiliyin işlənməsi və təhlili; sosial təminat mexanizmlərinin formalaşdırılması (sosial sığorta, sosial yardım, sosial xidmət); statistik tədqiqatların aparılması və s.

Məqsədlərə nail olunması üçün BSTA beynəlxalq konfransların keçirilməsini, sosial müdafiəyə dair informasiyaların toplanaraq üzvlər arasında yayılmasını, təlimatandırma və qarşılıqlı texniki kömək hesabına üzvləri arasında təcrübənin və informasiya mübadiləsinin həyata keçirməsini təşkil edir, sosial müdafiə sahəsində tədqiqatların aparılmasını stimullaşdırır, Beynəlxalq Əmək Təşkilatı və sosial müdafiə sahəsində fəaliyyət göstərən digər qurumlarla əməkdaşlıq edir, Baş Assambleya, Şura və ya Büronun qərarlarına uyğun olaraq fəaliyyət göstərir.

Assosiasiyanın fəaliyyət istiqamətlərini aşağıdakı kimi qruplaşdırdımaq olar: sosial müdafiə, aktuar (sığorta) və statistik problemlər, araşdırma və tədqiqatlar, inzibati idarəetmə məsələləri, informasiya texnologiyaları, təlim və treninqlər.

Mənzil- qərargahı Cenevrə şəhərində yerləşən Assosiasiyanın hazırda dünyanın 152 ölkəsindən 333 üzvü vardır.

Ali orqanları Baş Assambleya, Şura, Büro, və Nəzarət Komissiyası olan BSTA-nın vəzifəli şəxsləri Prezident, Vitse- Prezident, Xəzinədar və Baş katib hesab olunurlar.

Tamhüquqlu üzvlərin nümayəndələrindən ibarət olan Baş Assambleya Assosiasiyanın ən ali orqanıdır və o, əlahiddə səlahiyyətlərə malikdir. Baş Assambleya bir qayda olaraq hər üç ildən bir Prezident tərəfindən çağırılır.

Hazırda Assosiasiyada Prezident vəzifəsini – xanım Errol Frank Stuve (Niderland), Vitse- Prezident vəzifəsini - c-b Fidel Ferreras Alonso (İspaniya), Xəzinədar vəzifəsini – c-b Filip Konus (İsveçrə), Baş Katib vəzifəsini – c-b Hans-Horst Konkolevski (Danimarka) icra edirlər.





10698 - dəfə oxunulub
2426
201846
16632619