19 Oktyabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

Fərdi uçot video

14px12px

Gələcəyə arxayınlıqla aparan yol

 



  • Sosial sığorta haqlarının vaxtında ödənilməsi nə üçün vacibdir?
    • Respublikamızda əmək pensiyaları ödənilmiş məcburi sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğinin sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Bununla bağlı işləyənlər (bundan sonra sığortaolunan) işəğötürənlərlə (bundan sonra sığortaedən) əmək müqavilələrinin bağlanılmasında və sosial sığorta haqlarının ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Onlar gələcəkdə normal pensiya məbləği əldə etmək üçün pensiya sisteminə daha çox sosial sığorta haqqı ödənilməsinə çalışmalıdırlar.
  • Sosial sığorta şəhadətnaməsi nə üçün lazımdır?
    • Ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə, Dövlət Sosial Müdafiə Fondu (bundan sonra DSMF) hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın DSMF-də uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən hüquqi sənəd - sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir.

      Sosial sığorta şəhadətnaməsində sığortaolunanın aşağıdakı məlumatları əks olunur:
      - soyadı,adı,atasının adı
      - doğum tarixi (gün, ay, il)
      - doğulduğu yer
      - cinsi
      - sosial sığorta nömrəsi Sosial sığorta şəhadətnaməsi yalnız şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim olunduqda etibarlı sayılır.
  • İlk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi
    • Sığortaedən ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsini DSMF orqanları vasitəsilə rəsmiləşdirir. Bunun üçün sığortaedən işçi ilə əmək müqaviləsi (kontraktı) bağladığı gündən sonra 1 (bir)ay ərzində sığortaolunanın ərizəsinin ((Q3) ərizə forması) tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq etdikdən sonra sənədlər toplusunu siyahı ilə birlikdə (sənədlər toplusunun siyahı forması (S4)) DSMF orqanına təqdim etməlidir. Ümumi qaydalara əsasən, ərizələr sığortaolunanlar tərəfindən doldurulmalıdır. Lakin ərizələr müəssisənin kadrlar şöbəsi və ya digər məsul şəxsləri tərəfindən də dolduruula bilər.
      Qeyd olunan sənədləri təhvil aldıqdan sonra DSMF aşağıdakı tədbirləri həyata keçirir:

      1.Sığortaolunanın adına sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır və sosial sığorta şəhadətnaməsi rəsmiləşdirir.
      Rəsmiləşdirilmiş sosial sığorta şəhadətnamələri müşayiətedici cədvəllərlə birlikdə sığortaedənə təhvil verilir.
      Sosial sığorta şəhadətnamələrini təhvil alan sığortaedən onları, aldığı gündən sonrakı 15 gün ərzində sığortaolunanlara müşayiətedici cədvəldə imza etdirməklə təhvil verməlidir.
      Sosial sığorta şəhadətnaməsində əks olunan məlumatlarda səhv aşkar olunduqda sığortaolunan dəqiqləşdirilmiş məlumatlar əsasında Q5 ərizə formasını doldurmalıdır.
      Sığortaedən səhv və ya yanlış aşkar olunmuş sosial sığorta şəhadətnaməsini, eyni zamanda, müəyyən səbəblərdən təhvil verilməmiş sosial sığorta şəhadətnamələrini, doldurulmuş Q5 ərizə formalarını (əgər varsa) müşaiyətedici cədvəllərlə birlikdə DSMF-in yerli orqanına qaytarmalıdır.

      2.Ərizədə düzgün olmayan və ya qeyri-müəyyən məlumatlar olduğu halda həmin məlumatların dəqiqləşdirilməsi (dürüstləşdirilməsi ) məqsədilə sığortaedənə sorğu göndərir.

      Sığortedən dəqiqləşdirilmiş məlumatların qeyd olunduğu ərizəni bir həftə ərzində DSMF orqanına təqdim etməlidir.
  • Sığortaolunanın sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və dublikatının verilməsi
    • Sığortaolunan aşağıdakı hallarda sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üşün ərizə ilə müraciət edə bilər.

      - sosial sığorta şəhadətnaməsinin üzərində əks olunmuş məlumatlarda (adı,soyadı,atasının adı,doğulduğu yer və tarix ,cinsi) yanlışlıq və ya səhv aşkar edilsə;

      - sosial sığorta şəhadətnaməsi itirilsə və ya korlansa.
  • Sosial sığorta şəhadətnaməsini itirmiş sığortaolunan yeni işə qəbul olunması
    • Bəzən, işə düzəlmək istəyən vətəndaş artıq müəyyən rəsmi iş stajının olmasına baxmayaraq, sosial sığorata şəhadətnaməsinə malik olmur (məsələn, sosial sığorta şəhadətnaməsi itmişdir və ya korlanmışdır). Bu halda sosial sığorta şəhadətnaməsinin dublikatının rəsmiləşdirilməsinin iki üsulu var:

      1.Sığortaolunan sosial sığorta şəhadətnaməsinin dublikatını özü əldə edir.

      Sığortaedən işə düzəlmək istəyən şəxsdən sosial sığorta şəhadətnaməsini tələb etmək hüququna malikdir. Bu halda əmək müqaviləsini (kontraktı) bağlamasından əvvəl,sığortaolunan müstəqil surətdə ilk dəfə uçota durduğu DSMF-nin yerli orqanına müraciət edərək,sosial sığorta şəhadətnaməsinin dublikatını tələb etməlidir.

      2.Sosial sığorta şəhadətnaməsinin dublikatını sığortaedən təhvil alır.

      Sığortaedən sosial sığorta şəhadətnaməsini itirmiş şəxsin işə qəbul olunmasında maraqlıdırsa, onda o, həmin şəxs ilə sosial sığorta şəhadətnaməsi olmadan əmək müqaviləsi (kontraktı) bağlaya bilər.

      Belə olan halda, sığortaedən bir həftə ərzində sığortaolunanın sosial sığorta şəhadətnaməsinin dublikatının alınması üçün DSMF-nin yerli orqanına müraciət etməlidir.
  • Əvvəlki iş yerindən sosial sığorta şəhadətnaməsini almamış sığortaolunanın işə götürülməsi
    • Bəzi hallarda işə düzəlmək istəyən şəxs əvvəlki iş yerindən sosial sığorta şəhadətnaməsini almadığıni bəyan edir. Belə olan halda, həmin şəxs sosial sığorta şəhadətnaməsini almaq üçün əvvəlki sığortaedənin uçotda olduğu DSMF-nin müvafiq rayon və şəhər şöbəsinə müraciət edə bilər.
  • Əcnəbilərə sosial sığorta şəhadətnaməsinin verilməsi
    • Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olub gəlir əldə edən xarici vətəndaşlar da məcburi dövlət sosial sığorta haqlarının ödəyicisidirlər. Həmin vətəndaşların DSMF-də uçotu , fərdi şəxsi hesabının açılması və sosial sığorta şəhadətnaməsinin verilməsi qaydaları Azərbaycan vətəndaşları üçün tətbiq olunan qaydalarla eynidir.
  • Sosial sığorta şəhadətnaməsinin əldə edilməsi üçün tələb olunan sənədlər
    • Sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi ilə bilavasitə əlaqədar olan sənədlər aşağıdakılardır:

      1. Q3 (ilkin uçot) sığortaolunanların məcburi dövlət sosial sığoretası üzrə fərdi uçot sistemində uçotuna dair ərizə formasıdır.

      2. Q3 (düzəliş) fərdi uçot sistemində artıq uçotda olan sığortaolunanın yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan dəyişdikdə DSMF-nin yerli şöbəsinə təqdim etdiyi ərizə formasıdır.

      3. Q5-sığortaolunanın şəxsi məlumatlarında dəyişiklik baş verdikdə, sosial sığorta şəhadətnaməsində səhv aşkar edildikdə, onun dəyişdirilməsi və ya dublikatının verilməsi zərurəti meydana çıxdıqda (sosial sığorta şəhadətnaməsi itdikdə və ya tam yararsız hala düşdükdə) sığortaolunanın DSMF-nin yerli şöbəsinə təqdim etdiyi ərizə formasıdır.

      4. Müşayiətedici cədvəl - DSMF orqanları tərəfindən sığortaedənə verilən sosial sığorta şəhadətnamələrinin sığortaolunanlar üzrə adlı siyahısıdır.

      5. S4 - sığortaedənin DSMF-yə təhvil vrediyi hər bir sənəd bağlamasındakı sənədlərin siyahısını əks etdirən formadır.

      Fərdi uçot sistemində istifadə olunan formaların tərtibindən öncə ilkin olaraq formaların doldurulma qaydaları ilə tanış olmaq məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, formalar göy və qara rəngli diyircəkli qələmlə, böyük çap hərfləri ilə sonradan üzərində düzəliş etmədən və aydın oxunacaq şəkildə doldurulmalıdır.





115466 - dəfə oxunulub
2394
201814
16632587