22 Oktyabr 2017Bazar
XƏBƏR LENTİ

2008-ci il


22.12.082009-cu ildə Azərbaycanda əmək pensiyalarının ödənilməsinə 1 milyard 660 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulur

2009-cu ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin 93,5 faizi və ya 1 660 000 000,0 manat əmək pensiyalarının ödənilməsinə yönəldiləcək. ətraflı

17.12.08Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinin uğurla icra edilməsi əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcəkdir

Dekabrın 15-də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Fondun 2009-cu il büdcəsi haqqında qanunun təsdiqinə həsr olunmuş mətbuat konfransı keçirmişdir. ətraflı

11.12.08Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında" qanunun qüvvəyə minməsi barədə fərman imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 dekabr 2008-ci il tarixdə "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Fərman imzalamışdır. Bu fərman 2009-cu ilin yanvarın 1-dən qüvvəyə minir. ətraflı

03.12.08Salyan şöbəsinin yeni binası açıldı

Dekabrın 2-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Salyan rayon şöbəsinin yeni tikilmiş binasının açılışı olub. ətraflı

01.12.08Azərbaycanda hazırda 137 152 nəfər ailə başçısını itirməyə görə, 297 668 nəfər isə əlilliyə görə əmək pensiyası alır

Azərbaycanda hazırda ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı 137 152 nəfər təşkil edir. Onlardan 19-u Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvləridir.
ətraflı

28.11.08Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında sosial müdafiə sahəsinin inkişafını nəzərdə tutan saziş imzalanıb

Noyabrın 28-də Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında «Sosial müdafiə sahəsinin inkişafı» layihəsinin icrasını nəzərdə tutan saziş imzalanıb. ətraflı

25.11.08Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 6238 nəfərə çatıb

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb. Belə ki, hazırda fərdi uçot sistemində 79 ölkədən 6238 nəfər xarici vətəndaş qeydiyyatdadır. ətraflı

17.11.08Səlim Müslümov: «Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi dövlət siyasətinin dəyişməz əsas istiqamətidir»

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov noyabrın 17-də Yeni Azərbaycan Partiyasının İnternet saytına müsahibə verib. Müsahibəni diqqətinizə çatdırırıq.
ətraflı

14.11.08Almaniya Federal Pensiya Sığorta İdarəsi ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun birgə keçirdiyi seminar başa çatıb

Bakıda «İnsan resurslarının idarə edilməsi» mövzusunda üçgünlük (10-13 noyabr) seminar başa çatıb. Seminar Almaniya Federal Pensiya Sığorta İdarəsi ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış 2008-2009-cu illər üzrə əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsini nəzərdə tutan sazişə əsasən keçirilib. ətraflı

13.11.08Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsinin gəlir və xərcləri 1 milyard 775 milyon 550 min manat proqnozlaşdırılıb

Mlli Məclisin noyabrın 13-də keçirilən iclasında "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsinə başlanılıb. ətraflı
4119
234139
16664912