22 Oktyabr 2017Bazar
XƏBƏR LENTİ

2003-cü il


11.12.03Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Beynəlxalq Sosial Sığorta Assosiasiyasının sosial sığorta haqlarının ödənilməsinə riayət olunması üzrə İşçi Qrupunun Roma şəhərində keçirilən görüşündə iştirak etmişdir

Görüşdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış edərək sosial sığorta haqlarının toplanması sahəsində ölkəmizdə aparılan islahatlardan söhbət açaraq bu istiqamətdə son vaxtlar həyata keçirilən məqsədyönlü tədbirlərin səmərə verdiyini qeyd etməklə yanaşı, keçid dövrünü yaşayan ölkələrə məxsus bir sıra problemlərin Azərbaycanda necə həll olunduğu barədə məlumat vermişdir. ətraflı

05.12.03Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu cari ilin 11 ayında gəlirlər və xərclər üzrə proqnozu vaxtında yerinə yetirmiş, gəlirlər üzrə proqnoza 101,1 faiz, xərclər üzrə proqnoza isə 101,6 faiz əməl etmişdir

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Beynəlxalq Sosial Sığorta Assosiasiyasının sosial sığorta haqlarının ödənilməsinə riayət olunması üzrə İşçi Qrupunun Roma şəhərində keçirilən görüşündə iştirak etmişdir. ətraflı

04.11.03Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu cari ilin 10 ayında gəlirlər və xərclər üzrə proqnoza vaxtında əməl etmişdir. Belə ki, gəlirlər üzrə on aylıq proqnoza 103 faiz, xərclər üzrə proqnoza isə 104,3 faiz əməl edilmişdir

Bu müddət ərzində Fondun gəlirləri 1 trilyon 489,8 milyard manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 232,5 milyard manat, cari ilin yanvar-oktyabr ayları üçün proqnoz göstəricisindən 43,8 milyard manat çoxdur. ətraflı

01.10.03Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarının pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyalarının onların həyata keçirilməsini təmin edən müvafiq maddi-texniki baza və ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna (DSMF) verilməsi artıq başa çatdırılmışdır

"Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü tarixli fərmanında nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarının pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyalarının onların həyata keçirilməsini təmin edən müvafiq maddi-texniki baza və ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna (DSMF) verilməsi artıq başa çatdırılmışdır. ətraflı

18.09.0317 sentyabr 2003-cü il Azərbaycan Respublikası Höküməti ilə BMT-nin İnkişaf Proqramı arasında "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun potensialının gücləndirilməsi" layihəsinin həyata keçirilməsini təmin edən sənədin imzalanması mərasimi keçirilmişdir

İkitərəfli sənədi Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikasının Prezidentinin 8 sentyabr 2003-cü il tarixli sərəncamı ilə verdiyi səlahiyyətə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri cənab Səlim Müslümov, BNTİP adından cənab Marko Barsotti imzalamışdır. ətraflı

08.09.03Dövlət Sosial Müdafiə Fondu gəlirlər üzrə səkkiz aylıq proqnoza 103,2 faiz, xərclər üzrə proqnoza isə 103,5 faiz əməl etmişdir

Belə ki, bu müddət ərzində Fondun gəlirləri 1 trilyon 131,4 milyard manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 134,6 milyard manat, cari ilin yanvar-avqust ayları üçün proqnoz göstəricisindən 34,9 milyard manat çoxdur. ətraflı

05.08.032003-cü ilin 1 yarısında əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr və onların həyata keçirilməsi üçün görülən işlər haqqında

Möhtərəm Prezidentimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından keçən son 10 il ərzində Azərbaycan dövləti tərəfindən əhalinin sosial problemlərinin gücləndirilməsi, pensiya və müavinətlərin məbləğinin tədricən artırılması sahəsində çox mühüm, məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. ətraflı

23.06.03"Azərbaycan Respublikasının sosial sığorta sitemində fərdi sığorta hesabları: Konsepsiya və Qiymətləndirmə" layihəsi Dünya Bankı ilə birgə əməkdaşlığın bariz nümünəsidir. İyulun 23-də Dövlət Sosial Müdafiə Fondunda həmin layihənin təqdimatı keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin 17 iyul 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Pensiya İslahatı Konsepsiyası"nda nəzərdə tutulan tədbirləri layiqincə yerinə yetirmək üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu ardıcıl tədbirlər həyata keçirir, beynəlxalq maliyyə təşkilatları ilə birgə yeni layihələr hazırlayır. ətraflı

20.06.03Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Dünya Bankının eksperti Keit Oqbornla Fondun rəhbərliyinin görüşü olmuşdur

Qonaq Azərbaycanda mövcud sosial yardım sisteminin sadələşdioilməsini, onun ünvanının dəqiq müəyyəlnəşdirilməsini, əhalinin daha çox yoxsul təbəqisini əhatə edəcək Dünya Bankının hazırladığı layihə barədə qısa məlumat vermiş, Dövlət Sosial Müdafiə Fondunun bu istiqamətdə həyata keçirdiyi tədbirlərlə maraqlanmışdır. ətraflı

29.05.03Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun strukturunun təkmilləşdirilməsi prosesi davam etdirilir. Bu məqsədlə Fondun İri Sığortaedənlərlə iş üzrə departamenti yaradılmışdır

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Pensiya İslahatı Konsepsiyasında nəzərə tutulan tədbirlər çərçivəsində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun strukturunun təkmilləşdirilməsi prosesi davam etdirilir. ətraflı

Abunə ol!

Elektron poçt ünvanınızı daxil edib istəyinizi təsdiqləyin

Fondun qəbulu

Əlaqə məlumatı

FONDUN ÜNVANI:

AZ 1122 BAKI şəhəri, H. Zərdabi prospekti, 80
TELEFON: (+994 12) 434 60 18
FAKS:(+994 12) 434 55 87

Suallarınızı aşağıdakı poçt ünvanına yaza bilərsiniz:
info@sspf.gov.az

4112
234132
16664905