19 Oktyabr 2017Cümə axşamı
XƏBƏR LENTİ

Dəfn üçün müavinət

14px12px

 

 
 
                                                                               
                                                                 Dəfn üçün müavinət

 
Ölüm sosial sığorta hadisəsi hesab olunur və dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növdür.
Sığortaolunanlar üzrə dəfn üçün müavinətin hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə» ilə tənzimlənir. 
Əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin hesablanması və ödənilməsi qaydası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.



                                                      Dəfn üçün müavinət almaq hüququ olan şəxslər

 
Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir. 

Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.

Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri — məbləğcə daha böyüyü ödənilir.

Əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət mərhumun yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən, sığortaolunan vəfat etdikdə isə sığortaedənin uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən onun ailə üzvlərinə vəya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.

 
 

                                                    Müavinətin təyin edilməsi və verilməsi

 
Qanunvericilikdə dəfn üçün müavinət almaq hüququ olan şəxslərə Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Ö
z-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir.

 Sığortaolunan öldükdə dəfn üçün müavinət almaqdan ötrü müavinət təyin edən komissiyaya təndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş ölüm haqqında arayışdan başqa, həmçinin vafiq bələdiyyə tərəfindən verilmiş  arayış da təqdim olunur.

 Bələdiyyə tərəfindən verilmiş arayışda öləni dəfn etməyi öhdəsinə götürəşəxs barədə məlumat əks olunmalıdır.

Təqdim olunmuş sənədlərə əsasən müdiriyyətin müavinət təyin edən komissiyası müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edir və müavinətin təyin edilməsi haqda komissiyası iclasının protokoluna qeyd edilməklə qərar qəbul edilir.

               Ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilir.

 
 
 

 Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondu orqanına məktubla müraciət etməlidir. 

Dəfn müavinətinin alınması üçün müvafiq sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra məktubu dərhal Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.

Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) və dəfn müavinətinin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş ölüm haqqında arayış,
 öləni dəfn etməyi öhdəsinə götürən şəxs barədəBələdiyyə tərəfindən verilmiş arayış ) əlavə olunmalıdır.  Dövlət Sosial Müdafiə Fondu orqanları 2 iş günü ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.

Sosial sığorta ödəmələrinin ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondu orqanına müvafiq sənədlərlə birgə Əsasnamə ilə təsdiq olunmuş formada haqq-hesab təqdim edilməlidir.  
 

Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir.  

Dəfn üçün müavinətin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır.

Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.

Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin məsul işçilərinin tələbi ilə bütün müəssisə və təşkilat rəhbərləri yoxlanılmaq üçün cari ildə və yoxlanılan ildən qabaqkı bir təqvim  ilində müavinətin təyin edilməsi üzrə sənədləri təqdim etməlidirlər. Başqa dövrlər üçün sənədlər müavinətin təyin edilməsində sui-istifadə  aşkar edildikdə yoxlanılır.

Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya təyin edilməsinin ləngidilməsindən Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə və müəssisənin, təşkilatın həmkarlar ittifaqı  komitəsinə  şikayət edilə bilər.

                                                   Dəfn üçün müavinətin miqdarı

Dəfn üçün  müavinətin məbləği Azərbaycan Respublikası Prezidentinin 2013-ci il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə 2013-ci il 1 sentyabr tarixindən 120 manat müəyyənləşdirilmişdir.





44074 - dəfə oxunulub
2451
201871
16632644