21 Fevral 2018Çərşənbə
XƏBƏR LENTİ



23.01.18Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 milyon 566 min 745 nəfərə çatıb

Ölkəmizdə sığorta-pensiya sisteminin təkmilləşməsinə və əhalinin layiqli pensiya təminatı imkanlarının artırılmasına yönələn islahat tədbirləri işləyən əhalinin bu sistemdə fəal iştirakını və fərdi şəxsi hesabı açılanların sayının mütəmadi artımını da stimullaşdırıb.ətraflı

19.01.1820 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin mühüm tərkib hissəsidir

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olan insanların ailələrinin və bu hadisələr zamanı əlil olmuş vətəndaşların sosial müdafiəsi ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindəndir.ətraflı

15.01.18Ötən il İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 68 nəfər insan alveri qurbanını müxtəlif növ yardımlarla təmin edib

28 nəfər potensial insan alveri qurbanına da müvafiq yardımlar göstərilib
 
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ötən il 96 nəfəri, o cümlədən Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 68 nəfər insan alveri qurbanını və qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 28 nəfər potensial insan alveri qurbanını (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxsləri) müxtəlif növ yardımlarla təmin edib.
ətraflı

12.01.18Son bir ildə 1080 nəfərə sosial xidmət müəssisələrində, 11 min nəfərə evlərində sosial xidmət göstərilib

Müvafiq layihələr üzrə 4,1 min nəfər uşaq isə reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunub
 
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən çətin həyat şəraitində yaşayan şəxslərin sosial xidmətlərlə təminatı istiqamətində ötən il də məqsədyönlü işlər aparılıb.
ətraflı

27.12.17Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
Müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsinin gəlirləri 3 578 760 000,0 manat, xərcləri 3 578 760 000,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2018-ci ildə müvafiq icra hakimiyyəti orqanının gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:ətraflı

26.12.17İşəgötürənlərin nəzərinə!

İşsizlikdən sığorta sisteminin tətbiqi barədə

Bildiyiniz kimi, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Həmin Qanunun 6-cı maddəsində digər vəzifələrlə yanaşı işçilərini işsizlikdən sığorta etdirmək, əməkhaqqı fondundan və sığortaolunanın əməkhaqqından bu Qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmaq və bu barədə sığortaçıya hesabat təqdim etmək sığortaedənin vəzifələrinə aid edilmişdir.ətraflı

19.12.17Bu ilin 11 ayında fərdi uçot sistemində əlavə olaraq 185 663 nəfər şəxs qeydiyyata alınıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ilin ötən dövründə artmaqda davam edib.ətraflı

13.12.17Salyan və Neftçala rayonlarında 14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Salyan və Neftçala rayonlarında inşa edilmiş 14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. ətraflı

24.11.17Müvafiq şəxslərin sosial sığınacaqlara yerləşdirilməsi işinin təşkilinə dair dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün  Sosial Sığınacağına və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə müvafiq şəxslərin yerləşdirilməsi işinin təşkilinə dair dəyirmi masa keçirilib.ətraflı

08.11.17Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 544 689 nəfərə çatıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayında artım dinamikası davam edir. Cari ilin yanvar-oktyabr aylarında sistemdə əlavə olaraq 171 132 nəfər şəxsə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 374 nəfər və ya 9,17 faiz çoxdur.ətraflı

Abunə ol!

Elektron poçt ünvanınızı daxil edib istəyinizi təsdiqləyin

Fondun qəbulu

Əlaqə məlumatı

FONDUN ÜNVANI:

AZ 1122 BAKI şəhəri, H. Zərdabi prospekti, 80
TELEFON: (+994 12) 434 60 18
FAKS:(+994 12) 434 55 87

Suallarınızı aşağıdakı poçt ünvanına yaza bilərsiniz:
info@sspf.gov.az

3766
277274
17996069