"Sığortaolunanlara məlumatların verilməsi" elektron xidmətindən istifadəyə dair təlimat

Xidmətdən istifadə etmək üçün sığortaolunanlar www.e-gov.az Elektron Xidmətlər Portalına daxil olurlar. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi elektron xidmətlərin siyahısından "Sığortaolunanlara məlumatların verilməsi" xidmətini seçirlər. Sonra portala daxil olmaq üçün autentifikasiya vasitələrinin təklif olunduğu pəncərə açılır.


Vətəndaş

bölməsini seçərək açılan pəncərədə qeydiyyatdan keçmə üçün istifadəçi adı yoxdur? sorğusunu seçir. Bu zaman portala daxil olmaq üçün əlavə pəncərədə qeydiyyat səhifəsi açılır. Səhifədə "Qeydiyyat üçün video təlimat" və "İstifadəçi üçün təlimat və istifadə qaydaları" adlı köməkçi menyular mövcuddur.

İstifadəçi qaydalarını oxuduqdan və qəbul etməsini işarələdikdən sonra
düyməsinə basmaqla aşağıdakı pəncərə açılır:

İlk növbədə şəxsiyyəti təsbit etmək üçün şəxsiyyət vəsiqəsinin nömrəsini və sağ aşağı küncündəki, axırdan birinci rəqəmi buraxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət PİN kodu, eləcədə sistemin ekrana çıxardığı təhlükəsizlik kodunu daxil etmək tələb olunur.
düyməsinə basdıqdan sonra, sistem Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "Giriş-çıxış və qeydiyyat" İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemində sorğu edənin məlumatlarını yoxlayır və qeydiyyatı davam etmək üçün növbəti pəncərə açılır:

Burda bir məsələni nəzərə almaq lazımdır ki, sistem sizin, "Dövlət sosial sığorta şəhadətnamə"nizin, "Sürücülük vəsiqənizin" və "Ümumvətəndaşlıq pasportunuzun" olduğunu müəyyənləşdirir və müvafiq məlumatların daxil edilməsini tələb edir. Müvafiq məlumatlar daxil edildikdən sonra sistem tərəfindən yoxlanılır və yoxlama müvəffəqiyyətlə nəticələndiyi təqdirdə İstifadəçinin aktivasiyası mərhələsinə keçid təmin edilir.

İstifadəçi istər Elektron poçt, istərsə də onun adına olan mobil telefon vasitəsilə aktivasiya kodunu əldə etmək üçün müraciət edə bilər. Hansı vasitəni seçməsindən asılı olmayaraq əldə edilmiş Aktivasiya kodu daxil edilərək hesab aktivləşdirilir:

Hesab aktivləşdirildikdən sonra istifadəçi "Sığortaolunanlara məlumatların verilməsi" xidmətini seçərək yenidən portala daxil olur və

bölməsini seçərək açılan pəncərədə məlumatlarını yazaraq autentifikasiyadan keçir.

İstifadəçi daha öncədən müəyyənləşdirdiyi istifadəçi adı və parolu daxil edərək elektron xidmətə daxil olur. Burda istifadəçiyə iki növ məlumat təqdim olunur: pensiya kapitalı və məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları.

"Sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı" menyusunu seçməklə sığortaolunanlar 01.01.2006-cı il tarixinə qazanılmış və 01.01.2006-cı ildən illər ərzində toplanmış pensiya kapitalı barədə məlumatları əldə edirlər. Qeyd olunan məlumatları e-poçta göndərmək üçün müvafiq ünvanı yazaraq düyməsini, PDF formatda saxlamaq üçün düyməsini sıxmaq kifayətdir.

"Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi" menyusunu seçməklə aşağıdakı pəncərə açılır:

Açılan pəncərədə lazım olan ili seçib düyməsini sıxmaqla həmin il ərzində məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı, sığortaedənin adı, VÖEN-i və DSMF-dəki uçot nömrəsi barədə məlumatların ekrana əks olunması təmin edilir.

düyməsinə basmaqla məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının həmin ilin ayları üzrə açıqlamasına baxmaq mümkündür.


Xatırlatmaq istərdik ki, qeyd olunan məlumatları lazım olduqda bir neçə sığortaedən üzrə də əldə etmək mümkündür.