“MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTA HAQQI ÜZRƏ SIĞORTAOLUNANLAR HAQQINDA MƏLUMAT” (B3) VƏ “ƏMƏK ŞƏRAİTİNƏ GÖRƏ GÜZƏŞTLİ ƏMƏK STAJI HESABLANAN İŞÇİLƏRİN SİYAHISI” (S1) FORMALARININ HAZIRLANMASI ÜÇÜN PROQRAM TƏMINATININ



İSTİFADƏÇİ TƏLİMATI


(v 1.2.0.0.)

_____________________________

Bu sənəd “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” – B3 və “Əmək şəraitinə görə güzəştli əmək stajı hesablanan işçilərin siyahısı - S1” formalarının göstəricilə-rinin sığortaedən tərəfindən elektron formada hazırlanması üçün işlənilmiş proqramın təyinatı haqqında məlumatları, onun funksional imkanlarını və həmçinin bu proqramla işin təsvirini əhatə edir. Təlimat məcburi dövlət sosial sığorta köçürmələri haqqında məlumatların işlənilməsi məqsədilə bu proqram modulundan bilavasitə istifadə edən sığortaedənlər üçün nəzərdə tutulmuşdur. Proqram və təlimat DSMF-nin rəsmi saytından www.sspf.gov.az əldə edilə bilər.

Proqramın təyinatı

“Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat – B3” və “Əmək şəraitinə görə güzəştli əmək stajı hesablanan işçilərin siyahısı - S1” proqram modulu müəssisə və təşkilatlarda məcburi dövlət sosial sığorta köçürmələrinə aid olan məlumatların işlənilməsi prosesinin avtomatlaşdırılması,

İstifadəçinin hazırlıq səviyyəsi

“Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat – B3” və “Əmək şəraitinə görə güzəştli əmək stajı hesablanan işçilərin siyahısı - S1” proqramı ilə işləmək üçün istifadəçi aşağıdakı əməliyyat sistemlərindən biri ilə işləmək vərdişinə malik olmalıdır: Windows 2000, Windows XP.

İstifadəçiyə vacib olan istismar sənədlərinin siyahısı

“Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat – B3” və “Əmək şəraitinə görə güzəştli əmək stajı hesablanan işçilərin siyahısı - S1” məlumatlarının işlənilməsi ilə məşğul olan istifadəçilər üçün hazırkı «İstifadəçi üçün təlimat» sənədi ilə tanış olmaq kifayətdir.

İstifadəçinin hazırlıq səviyyəsi

“Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat – B3” və “Əmək şəraitinə görə güzəştli əmək stajı hesablanan işçilərin siyahısı - S1” proqramı ilə işləmək üçün istifadəçi aşağıdakı əməliyyat sistemlərindən biri ilə işləmək vərdişinə malik olmalıdır: Windows 2000, Windows XP.

İstifadəçiyə vacib olan istismar sənədlərinin siyahısı

“Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat – B3” və “Əmək şəraitinə görə güzəştli əmək stajı hesablanan işçilərin siyahısı - S1” məlumatlarının işlənilməsi ilə məşğul olan istifadəçilər üçün hazırkı «İstifadəçi üçün təlimat» sənədi ilə tanış olmaq kifayətdir.


_____________________________




PROQRAMIN İŞƏ SALINMASI


B2 proqram təminatı iş masasının üzərində olan işə salınır.
Nəzərinizə çatdırmaq istəyirik ki, proqramdan istifadə etmədən öncə, onun kompyuterinizdə olan Windows əməliyyat sisteminə uyğun olaraq sazlanması zəruridir. “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat – B3” və “Əmək şəraitinə görə güzəştli əmək stajı hesablanan işçilərin siyahısı - S1” proqramını işə salmaq üçün əvvəlcə B3Editor.exe modulu yüklənir. B3Editor modulu yükləndikdən sonra ilk növbədə sazlanma əməliyyatlarını yerinə yetirmək üçün Sazlamalar pəncərəsi açılır
(Şək. 1):




_____________________________




PROQRAMIN İŞƏ SALINMASI / SAZLAMALAR


Əgər B3 məlumat formasına daxil olan bəzi məlumatlar sığortaolunanların əksəriyyəti üçün təkrar olunarsa, bu halda bu məlumatların təkrar daxil edilməməyi üçün onların avtomatik olaraq ötürülməsi məqsədəuyğun hesab olunur. Bu məqsədlə sazlamalar üzrə əməliyyatlar yerinə yetirilir.
    Sazlamalar üçün nəzərdə tutulmuş ekran forması (Şək.1) məlumatların xarakterinə görə 5 hissəyə bölünmüşdür:
  1. Sığortaedən haqqında məlumat
    Bu bölmələrin məlumatlarının sazlanması aşağıdakı qaydada aparılır:
  2. Güzəştli əmək stajı haqqında məlumat
  3. Avtomatlaşdırılmış əməliyyatlar
    Bütün avtomatlaşdırılmış əməliyyatların işlək vəziyyətə gətirilməsi üçün onlara uyğun olan sahələrə işarə qoymaq, əks halda isə işarəni çıxarmaq lazımdır.
  4. Formanın məlumatları
  5. Çap
    Bu bəndə aid olan məlumatlar B3 kağız formasının çapı zamanı formanın aşağısında əks etdiriləcək məlumatları göstərir: Sığortaedən tərəfindən məsul şəxsin Soyadı, Adı, Atasının adı, baş mühasibin Soyadı, Adı, Atasının adı klaviaturadan daxil edilir. Bütün sazlamaları təsdiq etmək üçün OK düyməsini klikləyin (Şək. 3).


    Nəticədə proqramın baş pəncərəsi – “M.d.s.s haqqı üzrə sığortaolunanlar barədə məlumat” pəncərəsi (Şək. 4) açılır və sazlamalar üzrə daxil edilən bütün məlumatlar bu pəncərədə yerləşən ekran formasına avtomatik olaraq ötürülür.

    Əgər sazlamaların aparılması nəzərdə tutulmursa, bu halda Şək. 1-də göstərilən ekran formasında İmtina düyməsini klikləyin.
    Bu zaman “M.d.s.s haqqı üzrə sığortaolunanlar barədə məlumat” pəncərəsində açılan ekran formasının bütün sahələri boş olur.
    “M.d.s.s haqqı üzrə sığortaolunanlar barədə məlumat” pəncərəsində proqramın baş menyusu yerləşir.
    Fayl
    - menyu bəndi üzrə yeni məlumat fayllarının yaradılması, onların yaddaşda saxlanması və yaddaşdan çağırılması üzrə əməliyyatlar yerinə yetirilir.
    Əməliyyatlar
    – menyu bəndi sığortaolunanların siyahısına yeni sığortaolunana aid olan məlumatların əlavə edilməsi, yoxlamadan keçirilməsi, ekran formasının sığortaolunana aid olan sahələrinin məlumatlarının təmizlənməsi, Excel proqramı vasitəsilə yaradılmış fayldan məlumatların sığortaolunanların siyahısına idxal edilməsi, sığortaolunanların siyahısından seçilmiş sətirlərin silinməsi, kalkulyatorun yüklənməsi və DSMF-nin yerli orqanına göndərmək üçün B3 məlumat faylını paketləmək üçün istifadə olunur.
    Avtomatlaşdırma
    – bu menyu bəndi vasitəsilə MDSS haqqının avtomatik hesablanması, daxiletmə prosesində növbəti sığortaolunana keçid zamanı əvvəl daxil edilmiş sığortaolunanın məlumatlarının avtomatik ötürülməsi və ya təmizlənməsi rejiminin sazlanması, eləcə də güzəştli staj barədə məlumatların avtomatik ötürülməsi və ya təmizlənməsi üzrə əməliyyatlar yerinə yetirilir.
    Baxış
    - menyu bəndi B3 formasının məlumatlarının ekrana çıxarılması və onlara baxışın müxtəlif rejimləri üçün nəzərdə tutulmuşdur.
    Kömək
    - menyu bəndi bu proqram modulundan istifadə edən sığortaedənlər üçün nəzərdə tutulmuş təlimatın yerləşdirildiyi menyudur.


_____________________________




B3 MƏLUMATLARININ DAXİL EDİLMƏSİ VƏ SAXLANMASI




B3 MƏLUMATLARININ DAXİL EDİLMƏSİ VƏ SAXLANMASI / SIĞORTAOLUNANIN MƏLUMATLARININ DAXİL EDİLMƏSİ


Sığortaolunanın "Soyadı", "Adı", "Atasının adı", "SSN" və "Dogulduğu tarix" məlumatları klaviaturadan və ya Excel proqramı vasitəsilə yaradılmış fayldan sığortaolunanların siyahısına idxal yolu ilə daxil edilə bilər.
Bəzi sığortaolunanlar üçün "Soyadı" və ya "Atasının adı" göstəricisinin olmamağı halının mümkünlüyünü nəzərə almaq lazımdır. Soyadı mövcud deyilsə, bu halda "Atasının adı" məlumatı, "Atasının adı" mövcud deyilsə, "Soyadı" məlumatı mütləq doldurulmalıdır. Belə ki, "Soyadı, Adı" və ya "Adı, Atasının adı" cütlüyündən heç olmazsa biri mövcud olmalıdır. Əks halda doldurulan forma format-məntiqi yoxlamadan keçmir.
SAA eyni olan – daxiletmə prosesində Soyadı, Adı və Atasının adı sahələrinə aid olan məlumatların təkrarlanması zamanı bu sahədən istifadə olunur. Siyahıya əlavə etmə zamanı belə bir hal aşkar olunan kimi aşağıdakı məlumat çıxır:


Əgər Soyadı, "Adı və Atasının adı" həqiqətən yeni əməkdaş üçün doldurulursa, bu halda "SAA" eyni olan sahəsinə işarə qoyun.
M.d.s.s.-ə cəlb olunan gəlirlər
– sahəsi ekran formasının 1.3. sahəsində göstərilmiş fəaliyyət növü üzrə hesabat dövrünün hər bir ayında və il ərzində sığortaolunanın əldə etdiyi gəlirlər barədə məlumatları əks etdirir. Aylıq məlumatlar sığortaedənin mühasibatlığında olan əmək haqları barədə sənədlərə əsasən klaviaturadan daxil edilir. İllik məlumatlar isə proqramda aylıq məlumatlar əsasında avtomatik hesablanır.
Ödənilmiş MDSS haqqı
– bu sahədə hesabat dövrünün hər bir ayında və il ərzində ödənilmiş m.d.s.s. haqqı barədə məlumatlar əks etdirilir. Aylıq m.d.s.s. haqqı ya klaviaturadan daxil edilir, ya da avtomatik yolla hesablanır, il üzrə yekun m.d.s.s. haqqı isə proqramda avtomatik hesablanır.
Aylıq m.d.s.s. haqqının avtomatik yolla hesablanması 3.2. MDSS haqlarının avtomatik hesablanması bölməsində ətraflı şərh edilmişdir.
Güzəştli əmək stajı haqqında məlumat
- bu məlumatı daxil etmək üçün ayrıca ekran forması nəzərdə tutulmuşdur. Bu ekran formasını açmaq üçün baş pəncərənin aşağısında yerləşən Güzəştli əmək stajı haqqında məlumat: yazısının qarşısındakı "Daxil ol" düyməsini klikləmək lazımdır. Bu zaman aşağıdakı "Güzəştli əmək stajı" pəncərəsi açılır:


Bu pəncərədə yerləşən ekran formasının sahələrinə sazlanma ekran formasında doldurulmuş güzəştli staj barədə məlumatlar avtomatik olaraq ötürülmüş olur. Əlavə etmək düyməsini klikləsəniz, məlumatlar pəncərənin aşağısında yerləşən cədvələ əlavə olunacaq, Geri düyməsini klikləsəniz əvvəlki əsas ekran formasına qayıda bilərsiniz. Əgər güzəştli staj barədə məlumatlar sazlanma ekran formasında doldurulmamış olarsa, bu halda Güzəştli əmək stajı ekran formasına məlumatlar əllə daxil edilməlidir.
Məlumatın doldurulduğu tarix (Gün, Ay, İl)
- təqdim olunan B3 məlumatlarının doldurulduğu tarixdir. Hər hansı məlumat ili üçün "Məlumatın doldurulduğu tarix" növbəti ilin 01 yanvarından 01 martına qədər olan intervala daxil olmalıdır.
Yuxarıda şərh edilmiş qaydaları nəzərə almaqla doldurulmuş B3 ekran forması aşağıda (Şək. 5) təsvir olunmuşdur:

Doldurulmuş B3 məlumatları əvvəlcə format-məntiqi nəzarətdən keçirilməlidir. Bunun üçün "Əməliyyatlar", "Yoxlamaq" menyu bəndlərini seçmək və ya "Yoxlama" düyməsini klikləmək lazımdır. Əgər doldurulmuş məlumatlar format-məntiqi nəzarətdən keçməzsə, bu halda formanın yuxarısında yoxlamadan keçməyən sahələrin adları və səhvlərin məzmunu əks olunur (Şək. 6).


Yuxarıda göstərilmiş ekran formasında "Məlumat növünün kodu" və "Məlumatın tərtib edildiyi il" sahələrində aşkar olunan səhvləri aradan qaldıraq və yenidən "Yoxlama" əmrini yerinə yetirək. Bu halda məlumatlar müvəffəqiyyətlə format-məntiqi nəzarətdən keçəcəkdir. B3 məlumatlarını sığortaolunanların siyahısına əlavə etmək üçün (Ctrl+Enter)" menyu bəndlərini seçin və ya düyməsini klikləyin. Nəticədə doldurulan ekran formasındakı məlumatlar ekranın sağındakı siyahıya düşəcək və eyni zamanda növbəti sığortaolunan üçün yeni ekran forması açılacaqdır. Yeni ekran formasında sığortaolunana aid olan məlumat bəndləri avtomatik olaraq təmizlənir, sazlama əməliyyatı zamanı daxil edilmiş məlumatlar və avtomatik ötürülməsi nəzərdə tutulan məlumatlar isə əks olunur (Şək. 7).





B3 MƏLUMATLARININ DAXİL EDİLMƏSİ VƏ SAXLANMASI / MDSS HAQLARININ AVTOMATİK HESABLANMASI


Bu iki rejim arasında keçid "Avtomatik hesablama" menyu bəndinin aktivləşdirilməsi və ya aktivliyinin ləğv edilməsi yolu ilə həyata keçirilir. "Avtomatik hesablama" rejimi seçilən zaman hər bir ay üçün MDSS-ə cəlb olunan gəlir daxil edilir və növbəti sahəyə keçid zamanı “MDSS məqsədləri üçün fəaliyyət növləri” soraqçasına əsasən seçilmiş fəaliyyət növünün koduna uyğun olaraq gəlirin hesablanmış faizi "Ödənilmiş MDSS haqqı" sahəsinə avtomatik olaraq ötürülür. Əgər sığortaedən sığortaolunanlar üçün hesablanmış MDSS haqqı məbləğinə bərabər miqdarda ödəniş edərsə, bu halda MDSS haqqının hesablanmış qiyməti ödənilmiş kimi götürülə bilər. Hesablanmış və ödənilmiş MDSS haqqı məbləğləri bir-birindən fərqli olarsa, bu halda ödənilmiş MDSS haqqının qiymətinə düzəliş edilir. Bunun üçün əllə daxil etmə rejimindən istifadə olunur. "Əllə daxil etmə" rejiminə keçmək üçün əvvəlcə "Avtomatik hesablama" rejiminin aktivliyini ləğv etmək lazımdır. Sonra həm "MDSS-ə cəlb olunan gəlir", həm də "Ödənilmiş MDSS haqqı" sahələrinə məlumatlar əllə daxil edilir.


B3 MƏLUMATLARININ DAXİL EDİLMƏSİ VƏ SAXLANMASI / MƏLUMATLARIN SAXLANMASI


Eyni bir fəaliyyət növü ilə məşğul olan bütün sığortaolunanlara aid məlumatlar daxil edildikdən sonra sığortaolunanların B3 məlumatlarını yaddaşda saxlamaq üçün "Fayl, Saxlamaq (Ctrl+S)" əmrlərini seçin. Əgər B3 məlumat faylının adını və ya yerləşdiyi qovluğu dəyişməklə saxlamaq istəyirsinizsə, bu halda "Fayl, Fərqli saxlamaq" əmrlərini yerinə yetirin. Format-məntiqi yoxlamadan keçməyən B3 məlumatlarını yaddaşda saxlamaq üçün cəhd edilərsə, bu zaman ekrana xəta barədə aşağıdakı məlumat çıxır.





B3 MƏLUMATLARININ DAXİL EDİLMƏSİ VƏ SAXLANMASI / ELEKTRON MƏLUMATLARIN PAKETLƏNMƏSİ


Elektron şəkildə hazırlanmış B3 məlumatlarını DSMF-nin Məlumat Bazasına göndərmək üçün B3 məlumat faylını əvvəlcə paketləmək lazımdır. Bunun üçün menyudan "Fayl" - "Faylı paketləmək" əmrlərini seçmək lazımdır (Şək. 8).


Sonra WINDOWS əməliyyat sisteminin açılmış pəncərəsindən paketləmək üçün nəzərdə tutulan faylı seçirik və yükləyirik (Şək. 9).


Nəticədə faylın paketlənməsi əməliyyatının nəticəsi barədə aşağıdakı məlumat çıxır:

OK düyməsini sıxın. Sonra WINDOWS əməliyyat sisteminin açılmış pəncərəsində paketlənmiş faylın yerləşəcəyi qovluğu seçin, paketlənmiş faylın adını daxil edin və Saxlamaq düyməsini sıxın (Şək. 10).




B3 MƏLUMATLARININ DAXİL EDİLMƏSİ VƏ SAXLANMASI / YENİ MƏLUMAT FAYLININ YARADILMASI


Sığortaedənin hər bir fəaliyyət növü üçün B3 məlumatlarından təşkil olunmuş ayrıca məlumat faylını yaratmaq lazımdır. Proqramın işi prosesində istənilən anda yeni fəaliyyət növü üçün B3 məlumat faylının yaradılması əməliyyatlarını yerinə yetirmək üçün Fayl, Yeni (Ctrl+N) əmrlərini seçmək lazımdır.


B3 MƏLUMATLARININ DAXİL EDİLMƏSİ VƏ SAXLANMASI / MƏLUMAT FAYLININ AÇILMASI


Əvvəlcədən yaradılmış B3 məlumat faylını yaddaşdan çağırmaq üçün "Fayl, Açmaq (Ctrl+O)" əmrlərini yerinə yetirin. Sonra kompüterin diskindən lazım olan qovluğu və açılacaq B3 faylını seçin və Açmaq düyməsini basın.


B3 MƏLUMATLARININ DAXİL EDİLMƏSİ VƏ SAXLANMASI / KÖHNƏ FORMATLI SƏNƏDLİ AÇILMASI


Proqramın köməyi ilə əvvəllər daxil edilmiş və yaddaşda saxlanılmış köhnə formatlı sənədləri açmaq və məlumatların yeni formatda daxil edilməsini davam etdirmək üçün "Fayl, Köhnə formatlı (XML) sənədi açmaq" əmrlərini yerinə yetirmək lazımdır.


B3 MƏLUMATLARININ DAXİL EDİLMƏSİ VƏ SAXLANMASI / MƏLUMATIN EXCEL FAYLINDAN İDAXAL EDİLMƏSİ


Sığortaolunanlara aid olan məlumatları Excel faylından idxal etmək üçün "Əməliyyatlar, Excel-dən yükləmək" əmrlərini seçin. Bu zaman WINDOWS əməliyyat sisteminin açılmış pəncərəsindən məlumatların yerləşdiyi Excel faylını seçirik və yükləyirik. Nəticədə yüklənmiş məlumatlar sığortaolunanların cədvəlinə əlavə olunacaqdır. "B3Editor" proqram moduluna idxal etmək üçün əvvəlcədən işlənib hazırlanmış Excel faylının strukturu hazırkı proqramda yaradılan sığortaolunanların B3 məlumat cədvəlinin strukturu ilə eyni olmalıdır. Əyani misal olaraq aşağıdakı Excel cədvəlini göstərə bilərik. Bütün sütunların ekranda görünməsi üçün cədvəl şaquli istiqamətdə iki yerə bölünmüşdür (Şək. 11):






B3 MƏLUMATLARININ DAXİL EDİLMƏSİ VƏ SAXLANMASI / ELEKTRON SƏNƏDLƏRİN ƏLAVƏ EDİLMƏSİ





B3 MƏLUMATLARININ DAXİL EDİLMƏSİ VƏ SAXLANMASI / SIĞORTA OLUNANLAR ÜZRƏ MƏLUMAT CƏDVƏLİ


_____________________________




SIĞORTAOLUNANIN MƏLUMATLARI ÜZƏRİNDƏ APARILAN ƏMƏLİYYATLAR




SIĞORTAOLUNANIN MƏLUMATLARI ÜZƏRİNDƏ APARILAN ƏMƏLİYYATLAR / SIĞORTAOLUNANIN MƏLUMATLARININ AXTARIŞI


Əgər sığortaolunanların siyahısı çox böyük olarsa, lazım olan sığortaolunana dair məlumatları tapmaq üçün axtarış aparmaq lazımdır. Axtarış "Soyadı, Adı, Atasının adı və SSN" sahələrinin ayrıca hər birinin məlumatına, ya da bu məlumatların kombinasiyasına görə aparıla bilər.
Axtarış aparmaq üçün əvvəlcə sığortaolunanın axtarışı üçün seçilmiş sahələrin solunda yerləşən xanalara işarə qoyun. Sonra sığortaolunanın məlum olan məlumatlarını axtarış üçün nəzərdə tutulan sahələrə daxil edin və Axtarmaq düyməsini klikləyin. Nəticədə kursor axtarılan sığortaolunana uyğun olan birinci sətrin üzərində dayanacaqdır. Axtarış çərçivəsinin sahələrindən axtarış parametrlərinin məlumatlarını avtomatik olaraq silmək üçün (Axtarış parametrlərinin silinməsi) düyməsini klikləmək lazımdır.


SIĞORTAOLUNANIN MƏLUMATLARI ÜZƏRİNDƏ APARILAN ƏMƏLİYYATLAR / SIĞORTAOLUNANIN MƏLUMATLARINA DÜZƏLİŞLƏRİN EDİLMƏSİ

Sığortaolunanın məlumatlarına düzəliş etmək üçün əvvəlcə məlumat faylını açın. Sonra sığortaolunanların siyahısında düzəliş ediləcək sətrin üzərində siçanın sol düyməsini iki dəfə klikləyin. Nəticədə seçilən məlumatlar düzəliş üçün açılacaqdır. Lazım olan düzəlişləri edin. Sonra "Fayl, Saxlamaq" əmrləri vasitəsilə düzəlişləri yaddaşda saxlayın.
Məlumatların düzəlişlərini yaddaşda saxlayan zaman məlumatların ilkin daxil edilməsinə analoji olaraq bu mərhələdə də format-məntiqi nəzarət üzrə yoxlama aparılır.


SIĞORTAOLUNANIN MƏLUMATLARI ÜZƏRİNDƏ APARILAN ƏMƏLİYYATLAR / SIĞORTAOLUNANIN MƏLUMATLARININ SİLİNMƏSİ

Sığortaolunanın məlumatlarını silmək lazım gələrsə, əvvəlcə siyahıdan silinəcək sığortaolunanlara uyğun olan sətirləri seçin. Sonra bu siyahının üzərində siçanın sağ düyməsini klikləməklə açılan kontekst menyudan "Silinmə, Seçilmiş sətirləri" menyu bəndlərini seçin. Bu zaman silinməni təsdiq etmək üçün

şəklində bildiriş çıxır. Silmək üçün , imtina üçün düyməsini sıxın. Sonra əmrlərini yerinə yetirin.


SIĞORTAOLUNANIN MƏLUMATLARI ÜZƏRİNDƏ APARILAN ƏMƏLİYYATLAR / SIĞORTAOLUNANIN MƏLUMATLARININ EXCELL-Ə İXRAC EDİLMƏSİ

Bəzən məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanın məlumatlarını Excel faylına ixrac etmək lazım gəlir. Bu əməliyyatı yerinə yetirmək üçün əvvəlcə əsas menyudan Əməliyyatlar, Excel-ə ixrac etmək əməliyyatlarını yerinə yetirin. Bu zaman ekranda sığortaolunanların məlumatlarından təşkil olunmuş Excel faylı görünəcəkdir (Şək. 13):

Sonra yaradılmış Excel faylını kompüterin diskində nəzərdə tutulmuş qovluqda saxlayın.


SIĞORTAOLUNANIN MƏLUMATLARI ÜZƏRİNDƏ APARILAN ƏMƏLİYYATLAR / SIĞORTAOLUNANIN MƏLUMATLARININ ÇAP EDİLMƏSİ

Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanın məlumatlarını çap etmək lazım gələrsə, əvvəlcə siyahıdan məlumatları çap ediləcək sığortaolunanlara uyğun olan sətirləri seçin. Sonra əsas menyudan "Fayl, Çap, B3" əmrlərini seçin və ya bu siyahının üzərində siçanın sağ düyməsini klikləməklə açılan kontekst menyudan "Çap, B3" menyu bəndlərini seçin. alt menyu bəndlərindən hər hansı birini seçin.
Siyahıdan seçilmiş bir neçə sətrə uyğun olan B3 məlumatlarını çap etmək istəyirsinizsə, "Seçilmiş sətirləri" bəndini seçin. Siyahıdakı bütün sətirlərə uyğun olan B3 məlumatlarını çap etmək lazımdırsa, bu halda "Bütün sətirləri" bəndini seçin.
Hər iki halda daxil edilmiş B3 məlumatları çap üçün ekrana çıxır (Şək. 14).

14/1 Şəklinə böyük formada bax


14/2 Şəklinə böyük formada bax

Paneldəki Çap düyməsini klikləyin və çap parametrlərini seçin. Nəticədə seçilmiş sətirlərdəki məlumatlardan düzəldilmiş B3 forması çap olunacaqdır.



SIĞORTAOLUNANIN MƏLUMATLARI ÜZƏRİNDƏ APARILAN ƏMƏLİYYATLAR / GÜZƏŞTLİ STAJ BARƏDƏ MƏLUMATLARIN ÇAP EDİLMƏSİ

Güzəştli staj barədə sığortaolunanın məlumatlarını çap etmək lazım gələrsə, əvvəlcə siyahıdan çap ediləcək sığortaolunanlara uyğun olan sətirləri seçin. Sonra əsas menyudan "Fayl, Cap, S1" əmrlərini seçin və ya bu siyahının üzərində siçanın sağ düyməsini klikləməklə açılan kontekst menyudan "Çap, S1" menyu bəndlərini seçin. alt menyu bəndlərindən hər hansı birini seçin. Siyahıdan seçilmiş bir neçə sətrə uyğun olan güzəştli staj barədə məlumatları çap etmək istəyirsinizsə, "Seçilmiş sətirləri" bəndini seçin. Siyahıdakı bütün sətirlərə uyğun olan güzəştli staj barədə məlumatları çap etmək lazımdırsa, bu halda "Bütün sətirləri" bəndini seçin. Nəticədə güzəştli staj barədə S1 məlumat forması çap üçün ekrana çıxır (Şək. 15):

Sonra paneldəki Çap düyməsini klikləyin və çap parametrlərini seçin.

_____________________________




DÜZƏLİŞ ÜÇÜN QAYTARILMIŞ B3 MƏLUMATLARI



DSMF-nin yerli orqanına göndərilmiş B3 məlumatları fərdi uçot inspektoru üçün nəzərdə tutulmuş proqram vasitəsilə qəbul edilir və format-məntiqi yoxlamadan keçirilir. Format-məntiqi yoxlamadan keçməyən B3 məlumatları elektron sənədə ixrac olunur və düzəliş üçün sığortaedənə qaytarılır. Sığortaedən bu məlumatlara düzəliş edərək yenidən məlumatları DSMF-nin yerli orqanına təqdim etməlidir. Hazırkı proqramda DSMF-nin yerli orqanından qaytarılmış elektron sənədlərin qəbulu və düzəlişinə imkan verilmişdir.
    Düzəliş üçün qaytarılan B3 məlumatlarını daxil etmək və düzəliş etmək üçün aşağıdakı əməliyyatları yerinə yetirin:
  1. Proqramın əsas menyusundan Əməliyyatlar, Açmaq əməliyyatlarını yerinə yetirin.
  2. Sonra WINDOWS əməliyyat sisteminin açılmış pəncərəsindən düzəliş üçün qaytarılmış elektron faylını seçin və yükləyin (Şək. 16).

  3. Nəticədə düzəliş üçün qaytarılmış B3 məlumatları sığortaolunanların cədvəlinə əlavə olunacaqdır (Şək. 17).
  4. Şək. 17. Düzəliş üçün qaytarılmış B3 məlumatları cədvəli
  5. Səhvi olan istənilən məlumat sətrinin (məsələn, 7-ci sətrin) üzərində siçanın düyməsini iki dəfə klikləyin. Bu zaman seçilmiş sığortaolunanın məlumatları soldakı ekran formasında əks olunacaqdır (Şək. 18). Ekran formasının yuxarısında isə sığortaolunanın məlumatlarında olan səhvin məzmunu əks olunur. Nümunə olaraq seçdiyimiz sığortaolunana uyğun olan məlumatlarda iki cür səhv aşkar olunmuşdur: belə məlumatları olan sığortaolunan Mərkəzi Bazada mövcud deyil və sığortaolunanın aylar üzrə ödənilmiş MDSS haqqı məbləğlərinin cəmi ümumi məbləğlə eyni deyil.
  6. Səhvlərin məzmununa əsasən sığortaolunanın məlumatlarına lazım olan düzəlişi edin. Sonra Əlavə etmək düyməsini klikləsəniz, sığortaolunanın düzəliş edilmiş məlumatları cədvəldə əks olunacaqdır.
  7. Səhvləri olan digər məlumat sətirlərinə də düzəliş edin. Beləliklə, 3, 4, 5, 7, 15-ci sətirlərə uyğun yazılarda lazımi düzəlişlər edilir, 1 və 2-ci sətirlərin təkrarı olan 13 və 14-cü sətirlər isə cədvəldən silinir. Bu düzəlişlərdən sonra Fayl, Saxlamaq əmrlərini yerinə yetirin. Sığortaedən tərəfindən düzəliş edilmiş B3 məlumat faylı yenidən DSMF-nin yerli orqanına göndərilir.